Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb
Çin Kommunist Partiyasının sədri Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb.
APA TASS-a istinadən xəbər verir ki, S.Cinpinin təyyarəsi “Vnukovo-2” hava limanına eniş edib.
S.Cinpini Rusiyanın Uzaq Şərq və Arktikanın inkişafı üzrə naziri Aleksandr Kozlov, xarici işlər nazirinin müavini İqor Morqulov, Rusiyanın Çindəki səfiri Andrey Denisov və Çinin Rusiyadakı səfiri Li Huey qarşılayıb.
Məlumata görə, bu gün Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar keçiriləcək. Kremldəki danışıqlardan sonra liderlər Çin tərəfindən Moskva zoorparkına iki böyük pandanın təhvil verilməsi mərasimində iştirak edəcəklər.
Bildirilir ki, bu axşam Putin və Cinpin “Bolşoy Teatr”da iki ölkə arasında diplomatik əlaqələrin 70-ci illiyinə həsr olunmuş konsertdə iştirak edəcəklər.
İyunun 6-7-də isə Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək