Serjant Fuad hamilə qadını xəstəxanaya çatdırdı - körpəyə onun adını verdilər (VİDEO)
Bakıda doğuşa gedən qadını xəstəxanaya YPX avtomobili ilə aparıblar.
BAKU.WS xəbər verir ki, saytımızın daimi oxucusu olan Vasili adlı şəxs həyat yoldaşını xəstəxanaya çatdırmaq üçün polislərdən kömək istəyib. 26 fevral tarixində tədbirlərlə əlaqədar olaraq Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Vasili YPX əməkdaşlarına müraciət edib.
Ona yolun ən tez 15-20 dəqiqəyə açılacağı bildirilib. Ancaq gözləmək imkanı olmadığını deyən Vasili həyat yoldaşını təcili xəstəxanaya çatdırmalı idi. Polislərdən biri köməklik edəcəyini bildirib. Fuad adlı serjant 440 dövlət nömrə nişanlı YPX avtomobili ilə xanımı və həyat yoldaşını Mərkəzi Neftçilər Xəstəxanasına çatdırıb.
Polisin bu nümunəvi addımından sonra Vasili çox təsirlənib. Vətəndaş dünyaya gələn oğluna polisin adını qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həyat yoldaşından küsən oğlan intihara cəhd etdi - VİDEO - Azərbaycanda
“Relax”a istirahətə gedən 40 nəfər saxlanıldı - VİDEO
Bakıda qadın parkı zibilliyə çevirdi, tənqid olundu - VİDEO
Konsevrləşdirilmiş qidaların böyük təhlükəsi - şok araşdırma
Gəncədə polislərdən birinin qətlə yetirilmə anının VİDEOSU YAYILDI
Alim Qasımov toyda “Azan” oxudu - Video + Fotolar