Serj Sarkisyanın qardaşı oğlu qaçqın düşərgəsinə göndərildi
Çexiya məhkəməsi Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiyası haqqında məsələni nəzərdən keçirməyi dayandırıb. Məlumatı “news.am” yayıb.
Bildirilib ki, bu günlərdə Ermənistan Baş Prokurorluğunun sorğusu əsasında Praqa məhkəməsi Narek Sarkisyanın ekstradisiyasını nəzərdən keçirib.
Məlumata görə, məhkəmə bu işə baxılmasını dayandıraraq Narek Sarkisyanı qaçqınlar üçün nəzərdə tutulan düşərgəyə göndərib.
Bildirilib ki, onun Çexiyada istifadə etdiyi saxta pasport əldə etməsi məsələsinə isə ayrıca iş kimi baxılır.
Ermənistan Baş Prokurorluğundan isə xəbərdar edilmədiklərini vurğulayıblar: “Bu adamın Ermənistana təhvil verilməsi prosesi davam edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır