Saturnun peykində həyat əlamətləri tapılıb
NASA-nın alimləri Saturnun Enceladus peyki üzərindəki okeanda həyat üçün lazım olan əsas əlamətləri tapıblar.
Ted.az bildirir ki, “Buzlu ay” kimi tanınan və həyat əlamətlərinin olmadığı düşünülən peykdə yeni tapıntı elm dünyasını həyəcanlandırıb.
“Buzlu ay”lar əsasən buzdan ibarət səthləri olan təbii peyklər kimi təsnif edilir. “Buzlu ay”ların alt hissəsində okean və ya metal qayalar yerləşə bilər.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
NASA-nın Cassini kosmik gəmisi 2017-ci ilin sentyabrında Saturn atmosferinə daxil olub. İndiyə qədər burada toplanmış məlumatları qiymətləndirən alimlər Enceladus-un üzərindəki okeanın dərinliklərində bəzi amin turşuları və yeni növ üzvi birləşmələr tapdıqlarını bildiriblər.
Azot və oksigen ehtiva edən birləşmələr “Buzlu ay”ın okean qatında həyat əlamətlərinin ola biləcəyinə dair işarədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək