Samuxda qarayara təşvişi: 9 nəfər izolyasiyaya alındı, vəziyyət nəzarət altında
Samux rayonunda 9 nəfər qarayara xəstəliyinə görə izolyasiya edilib və vəziyyət diqqətlə izlənilir. İlkin araşdırmalara görə, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib. İlk xəstədən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, təmasda olan şəxslər müəyyənləşdirilib və tibbi nəzarət altına alınıb. Dəri yarası olan şəxslərdən laborator müayinələr üçün nümunələr götürülüb.
Xəstə heyvanlarla təmasda olan 9 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Bu şəxslərdən alınan nümunələr Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Qarayara xəstəliyinin torpaq mənşəli olduğu və dünyada yayılmış bir hal olduğu qeyd edilir.
Qarayara, əsasən, xəstə və ya ölmüş heyvanlarla və onların yoluxmuş toxumaları ilə təmas nəticəsində insana keçən bir zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi nadir hallarda baş verir və termiki emal olunmuş ət və qidalar vasitəsilə yoluxma riski yoxdur.
Hazırda vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər görülür. Əhali arasında yayılma müşahidə edilmir və vətəndaşların narahatlığına əsas yoxdur. Vətəndaşlara xəstə və ya ölmüş heyvanlarla təmasdan çəkinmək və şübhəli əlamətlər müşahidə etdikdə dərhal tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
Bakıda market və avtomobildən oğurluq edənlər ələ keçdi
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən "tiktoker" həbs edildi
Cinayətkar çimərlikdə silah və sursat basdırıb
Nizami rayonunda gözəllik salonu və marketlərdən oğurluq hadisəsi
Rəqqas Nicat Azadlı xanımına qarşı zorakılıq tətbiq etdi
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur