Samuxda qarayara təhlükəsi: Heyvanlarda yüksək temperatur və görülən tədbirlər
Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə ilə bağlı tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə daxil olan məlumata əsasən, Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları təsərrüfatda ilkin araşdırma və baytarlıq tədbirləri həyata keçiriblər.
Minval.info xəbər verir ki, hadisə yerində heyvanlara klinik baxış keçirilib və termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri həyata keçirilib, giriş hissəsində dezinfeksiya baryeri qurulub və müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Hazırda təsərrüfatda saxlanılan üç iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə olunub və baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri görülüb. Bununla yanaşı, canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Lakin məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə laborator müayinələrin nəticələri və sonrakı müşahidələr əsasında təsdiqlənə bilər.
ƏLAQƏLİ
Gözəllik salonunda dəhşətli hücum: Tanışını qətlə yetirmək istəyən şəxsə ağır cəza verildi
Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır və heyvanların klinik vəziyyətinin müşahidəsi ilə yanaşı, zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, o cümlədən Samux rayonunda xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vüqar Məmmədovun məhkəməsində "işgüzar nüfuz" davası: Kimlər şikayətçidir?
Atasına cavab qaytaran qızın dramı: Barışıq məhkəməni necə dəyişdi?
İş yoldaşını bıçaqlayan ofisiant: "Söyərəm də, vuraram da