Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı xatirələri: Sevgi məktubu və ailə qaydaları
İnflyasiya təhlükəsi: Gündəlik xərclər artır!
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu
Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!
SOCAR neftçiləri videoçarxla təbrik etdi
Bakıda və rayonlarda qida obyektləri bağlandı
Azərbaycan Hava Yolları Mərkəzi Asiyanın ən yaxşısı seçildi