Sabaha olan hava proqnozu açıqlanıb
Dekabrın 15-ə gözlənilən hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsaəsn, dekabrın 15-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü
Xankəndi və Füzulidə incəsənətə yeni nəfəs
Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
Azərbaycanda sabit internet tarifləri artırılacaq
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi