Saakaşvilinin partiyasının namizədləri Radaya seçkilərdə iştirak edə biləcəklər
Ukraynanın Mərkəzi Seçki Komissiyası Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyasından olan namizədləri Radaya növbədənkənar deputat seçkilərində iştirak etmək üçün qeydiyyata alıb. Bu barədə özünün “Facebook” səhifəsində “Dayaq” vətəndaş şəbəkəsi xəbər verib.
Xatırladaq ki, bir müddət öncə Ukraynanın MSK-ı “Yeni qüvvələr hərəkatı” partiyasından olan namizədləri qeydiyyata almaqdan imtina edirdi.
MSK partiyanın növbədənkənar qurultayının çağırılması və keçirilməsi, eləcə də namizədlər siyahısının tərtib edilməsini partiyanın nizamnaməsinin pozulması ilə baş tutduğunu bildirirdi. Lakin altıncı apelyasiya inzibati məhkəməsinin qərarı nəticəsində MSK sənədləri yenidən gözdən keçirməli olmuşdu, Ukraynanın Ali məhkəməsi isə Mərkəzi Seçki Komissiyasının Mixail Saakaşvilinin seçkilərdə iştirakı ilə bağlı şikayətinə rədd cavabı vermişdi.
Qeyd edək ki, Ali Radaya növbədənkənar seçkilər iyulun 21-də keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək