Saakaşvilinin arvadına hücumlar artır - Provokasiya
Gürcüstanın Zuqdidi şəhərinin bələdiyyə sədrliyinə namizəd olan Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa qarşı növbəti provokasiyaya yol verilib.
Axar.az xəbər verir ki, şəhərdə seçiciləri ilə görüşü zamanı naməlum şəxslər “Mersedes” markalı avtomobili kütlənin içinə sürüblər. İnsident nəticəsində xəsarət alan olmayıb.
Bundan sonra seçicilərinə müraciət edən Rulovs böyük məsuliyyət daşıdığını bildirib:
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“Avtomobil gəldi və böyük sürətlə kütlənin içinə daxil olmaq istədi. Burada nə qədər uşaq olduğunu görürsünüz? Əgər bu körpələrdən birinin başından bir tük əskik olsaydı, mənim hansı situasiyada olacağımı başa düşürsünüz? Bu mənim üçün böyük məsuliyyətdir”.
Hadisə yerində olan insanlar isə bunun təşkilatçılarının Gürcü Arzusunun aktivistlərinin olduğunu deyiblər. Onlar partiyanın bununla qarşıdurmanı alovlandırmaq istədiyini bildiriblər.
Qeyd edək ki, bu, Rulovsa qarşı ilk insident deyil. Bir neçə gün əvvəl Zuqdididə “Odişi” televiziyasına müsahibəsi zamanı Rulovs və jurnalistlər hücuma məruz qalıblar. Hücum edənlər jurnalistlərə güc tətbiq etməklə bərabər, Rulovsu təhqir ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək