Səudiyyə Ərəbistanı neft hasilatını bərpa edib
Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft hasilatının səviyyəsini bərpa edib.
Bu barədə “Bloomberg” yazır.
Eyni hasilat səviyyəsi “Saudi Aramco” şirkətinin neft obyektlərinə pilotsuz uçan aparatların hücumundan bilavasitə əvvəl qeydə alınıb. Hadisədən sonra isə göstəricilər hər gün 4,1 milyon barelə düşmüşdü.
Xatırladaq ki, hava hücumlarından bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi oktyabr ayında gündə 9,89 milyon barel neft istehsal edilməsinin planlaşdırıldığını bildirmişdi.
Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə “Saudi Aramco” müəssisələri hücuma məruz qalıb. Xüsusilə, ölkənin şərqində yerləşən neft emalı kompleksinə hücum edilib. Bu da Səudiyyə Ərəbistanında neft hasilatının iki dəfə azalmasına gətirib çıxardı.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək