Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO
Məşhur rəqqasə Aygün başına gələn və ona çox pis təsir edən hadisədən danışıb.
Minval.info bildirir ki, A24.Az-a açıqlama verən rəqqasə bildirib ki, məclislərdən birində azərbaycanlı məmurlardan birinin oğlu tərəfindən alçaldılıb. O, bu hadisənin onu ciddi şəkildə sarsıtdığını söyləyib:
“Bir insandan çox incimişəm. Həmin şəxs vəzifəli bir şəxsin oğludur və özü də vəzifədədir. “Böyük adamın” oğlu ola bilər, pulu çox ola bilər, amma sonda eyni qəbirə qoyulub, eyni kəfənə büküləcəyik. Bilmək olmaz həyatın işini, bu dünyadan kim nə aparıb ki?! Qəlb qırmağın nə qədər ağır olduğunu anlamırlar. Mən bu günə qədər heç kimin bir manatını yeməmişəm. Bir vəzifəli şəxsin oğlu elə qəlbimə dəyib ki… Məşhur müğənninin də sevgilisidir. Məclislərdən birində çox sərxoş idi, mənə 3 kəlmə elə söz dedi ki, çox qəlbimə dəydi. Onu bağışlamıram. Heç vaxt da bağışlamayacağam. Onu Allaha həvalə edirəm. Ətimi qoparsalar, incitməz, söz yarası qəlbimi elə deşir ki, heç vaxt ağrısı keçmir. Artıq aylardır ki, o sözü ürəyimdə gəzdirirəm. Mənə qarşı çox haqsızlıq etdi. Nə vaxtsa onun gözlərinin içinə baxmaq, onun düşdüyünü görmək istəyirəm. Allah ucaldandır. Ucaldan Allah endirməyi də bilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xərçəng xəstəsi olan azərbaycanlı şair bu videounu paylaşıb intihar etdi
Nəvələrinə ad günü keçirən babalar saxlanıldı - VİDEO
Bakıda pulsuz iphone paylandı, xaos yarandı - VİDEO
Bakıda “Gelendwagen” sürücüsündən insanlıq dərsi – VİDEO
Azərbaycanlı model erotik geyimdə videosunu paylaşdı – VİDEO