Səlim Müslümovun həbs müddəti daha 3 ay uzadıldı
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti uzadılıb.
“Minval.info” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Səbail Rayon Məhkəməsindən məlumat verilib. Bildirilib ki, təxminən 2 həftə öncə məhkəmə tərəfindən sabiq nazir barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və S.Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb.
Qeyd edək ki, Səlim Müslümov bu ilin fevralında DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
Almaniya səfiri İran XİN-ə çağırıldı