14.12.2021 - 12:49
Ölkə
18 baxış
Səfər Mehdiyevin məsələsi parlamentdə qaldırıldı: Gömrük sədri spikerə zəng etdi
“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müsahibəsində bəzi deputatları ittiham edib. Düşünürəm ki, müsahibədə Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılıb”. Minval.info oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.
O bildirib ki, Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılmayıbsa, o zaman Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirməlidir.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, ötən gün Səfər Mehdiyev ona zəng edib:
“Səfər Mehdiyev mənə zəng edib dedi ki, o, deputatlar haqqında elə fikirlər səsləndirməyib, o müsahibədə məmurlar haqqında danışıb”, – deyə S.Qafarova əlavə edib.
Qeyd edək ki, Səfər Mehdiyevin mətbuatda yayımlanan müsahibəsində onun deputatlar haqqında kəskin fikirləri yer alıb. Müsahibənin mətninə görə, Səfər Mehdiyev bəzi deputatları gizli biznes qurmaqda, fırıldaqçılıqda ittiham edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü
16.09.2026 - 23:35
Xankəndi və Füzulidə incəsənətə yeni nəfəs
16.09.2026 - 23:07
Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
16.09.2026 - 23:00
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
16.09.2026 - 22:32
Azərbaycanda sabit internet tarifləri artırılacaq
16.09.2026 - 22:18
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
16.09.2026 - 21:08
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi
16.09.2026 - 20:54
Sərdar Cəlaloğlu: Ramiz Mehdiyev işi üzrə yalan iddialar
16.09.2026 - 20:47