Səbinə Əzimova Avropa birinciliyində bürünc medal qazandı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.
Bu gün onlardan daha biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.
Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin son bir ildə ikinci medalı oldu.
Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı