"Səbail" klubu Maykl Essyenlə müqavilə imzalayıb
“Səbail” klubu tanınmış futbolçu Maykl Essyeni heyətinə qatıb.
Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın “Report”a verdiyi məlumata görə, paytaxt təmsilçisi təcrübəli yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb.
Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.
Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi azad agent kimi “Səbail”ə keçib. Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid” və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.
Maykl Essyen martın əvvəllərində Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün də Azərbaycana gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı