05.08.2026 - 10:57
Dünya 29 baxış

Rusiyanın şimal-şərqdəki hərbi bazaları: Yeni strateji mövqelər qurulur

Rusiya Silahlı Qüvvələri, Ukrayna ilə davam edən müharibə fonunda, NATO-nun şimal-şərq sərhədində hərbi mövqelərini gücləndirmək məqsədilə yeni bazalar inşa edir. Bu addımlar, müharibədən sonrakı dövr üçün strateji hazırlıqların bir hissəsi kimi qiymətləndirilir.

Minval.info xəbər verir ki, bir neçə Skandinaviya və Baltik ölkələrinin mediasının apardığı araşdırmalar nəticəsində, Rusiyanın bu bölgələrdəki hərbi fəaliyyətləri peyk görüntüləri vasitəsilə təsdiqlənib. Ekspertlər tərəfindən təhlil edilən görüntülər, bölgədəki hərbi infrastrukturun genişləndirildiyini və yeni obyektlərin tikildiyini göstərir.

Ən böyük layihələrdən biri, Finlandiya və Norveç sərhədinə yaxın Peçenqa hərbi bazasının genişləndirilməsidir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu bazada yerləşən hərbi birləşmənin diviziyaya çevrilməsi planlaşdırılır ki, bu da şəxsi heyətin sayının 4 mindən 10 min nəfərə qədər artırılması deməkdir. Tikinti işləri üçün təxminən 1 kvadrat kilometr meşə sahəsi təmizlənib və 50-dən çox obyektin inşası davam edir.

Bundan əlavə, Finlandiyanın Rovaniemi şəhəri ilə eyni enlikdə yerləşən Kandalakşa yaxınlığında yeni bir hərbi baza qurulur. Burada, ümumi sayı təxminən 2 min nəfər olan artilleriya və mühəndis briqadalarının yerləşdirilməsi planlaşdırılır. Üçüncü böyük tikinti sahəsi isə Petrozavodsk yaxınlığındakı Novaya Vilqa qəsəbəsindədir. Burada, Rusiyanın Kareliya Respublikasında yeni 44-cü Ordu Korpusunun yerləşdirilməsi üçün hazırlıqlar görülür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: