Rusiyanın hava nəqliyyatı şirkəti Ermənistana uçuşlarını dayandıracaq
Rusiyanın “Pobeda” hava nəqliyyatı şirkəti Ermənistanın Gümrü şəhərinə uçuşlarını dayandıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, şirkətdəki mənbənin sözlərinə görə, bu qərar Gümrü hava limanında təyyarələrə yanacağın yarımçıq vurulması halları ilə bağlıdır.
“Hava limanının rəhbərliyinə dəfələrlə müraciət edilsə də, görülən tədbirlər səmərəsizdir, yanacaq təchizatçısı şirkət yarımçıq vurmağa davam edir. Müştərilər qarşısında üzüqara olmamaq üçün yay mövsümünün sonunadək “Pobeda” uçuşları həyata keçirəcək, qış mövsümündən isə bu istiqamətə bilet satışı dayandırılacaq”, – mənbə bildirib.
Qeyd edək ki, “Pobeda” şirkəti Moskva – Gümrü reyslərini 2016-cı ilin dekabr ayından həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək