Rusiyanın hansı şəhərləri gəlmələrə sərfəlidir?
Rusiyanın “Adzuna” portalının ekspertləri hansı şəhərlərin xarici və yerli gəlmələr üçün daha sərfəli olduğunu təhlil ediblər.
Novator.az-ın məlumatına görə, təhlil zamanı orta maaş məbləği, birotaqlı mənzilin kirayə haqqı və yaşayış minimumu meyarları nəzərə alınıb.
Tədqiqat göstərib ki, Rusiyada gəlmələr üçün ən sərfəli şəhər Voronejdir. Bu şəhərdə orta maaş 33,3 min rubl (1000 rubl 25,9 manatdır), birotaqlı mənzilin kirayə haqqı 10,6 min rubl göstərilir. Bölgədə yaşayış minimumu həddi 8,6 min rubldur. Əsas xərcləri çıxdıqdan sonra işçinin əlində 14 min rubl əlavə vəsaiti qalır.
İkinci yerdə 39,9 min rublluq orta maaş, 13,9 min rubl dəyərində birotaqlı mənzil kirayəsi, 12,2 min rubl həddində olan yaşayış minimumu ilə Krasnoyarsk gəlir. Əldə 13,8 min qazanc qalır.
Üçüncü yerdə Omsk qərarlaşıb: orta maaş – 33,7 min rubl, birotaqlı mənzil kirayəsi – 11,1 min rubl, yaşayış minimumu – 8,9 min rubl. Əldə qalan məbləğ 13,7 min rubl təşkil edir.
Ekspertlərin rəyinə görə, gəlmələr üçün paytaxt Moskvada (orta maaş 47,2 min rubl), Sankt-Peterburqda (orta maaş 38,8 min rubl) və Novosibirskdə (orta maaş 22,6 min rubl) daha çox pul qazanmaq lazımdır. Bu şəhərlərdə boş iş yerləri çox deyil, yaşayış minimumunun həddi yüksəkdir, ev kirayələmək baha başa gəlir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək