Rusiyanın 250 turizm şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçirilib
Azərbaycan Turizm Bürosu Rusiyanın Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirib.
Bürodan “Report”a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 3 hotel və 7 turizm şirkətinin nümayəndələrinin qatıldığı təqdimatlarda Rusiyanın 250-ə yaxın turizm şirkəti iştirak edib.
Silsilə təqdimatlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, yeni marşrutlar, şərab turları, müalicəvi turlar və hotellər barədə ətraflı məlumatlar verilib.
Tədbir çərçivəsində Rusiyadan olan, müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış şirkət nümayəndələri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək