Rusiyadan Gürcüstana qarşı ŞOK SANKSİYA QƏRARI
Rusiya Dövlət Dumasında Gürcüstana qarşı iqtisadi tədbirlərin görülməsi barədə bəyənat qəbul olunub.
Redaktor.az-ın Ria novosti agentliyinə istinadən məlumatına görə, bəyanatda Gürcüstana qarşı sanksiyaların tətbiqinin məqsədəuyğun olduğu vurğulanıb və bu barədə prezident Vladimir Putinə müvafiq təkliflərin təqdim edilməsi tövsiyə edilib. Bəyanatda deyilir ki, tədbirlər şərab, mineral su idxalını, ticarət sahəsini, o cümlədən turizmi əhatə edə bilər. Qadağaların tətbiqinin vacibliyi Rusiyaya qarşı təxribatların törədilməsi ilə əlaqələndirilib.
Bildirilib ki, radikal qüvvələrin addımları ölkələr arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər.
Rusiya prezidenti Vladimir Putin isə Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Gürcüstana qarşı müxtəlif sanksiyaların tətbiqinə gəldikdə, onu deyə bilərəm ki, məhz gürcü xalqına münasibətdə olan hörmətə görə bunu etməzdim”, – Rusiya prezidenti vurğulayıb.
Xatırladaq ki, Gürcüstanın “Rustavi 2 “ televiziyasında Putinin təhqir olunması Rusiyada sərt etiraza səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər