Rusiyada turizm mövsümü gec bitəcək
Bu il Rusiyada turizm mövsümü gec başlayacaq, lakin oktyabr-noyabr aylarına qədər davam edəcək.
Vesti.ru xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Baş nazir Mixail Mişustinlə görüşü zamanı açıqlayıb.
Ümumiyyətlə, D.Çernışenko bütün istirahət mərkəzlərinin uzun sürən koronavirus pandemiyasından sonra normal işə qayıtdığını qeyd edib. Baş nazirin müavini bildirib ki, Rusiyada turizm qiymətləri artmayıb – hotellərdə və kurortlarda yaşayış qiymətləri 2018-2019-cu illər mövsümü səviyyəsində saxlanılıb.
M.Mişustin ölkənin 70-dən çox bölgəsinin iyulun 1-dən etibarən turistləri qəbula başlaya biləcəklərini deyib.
Onun sözlərinə görə, turizm sənayesi xidmətlərinə tələbat artmağa başlayır, lakin Rusiyada yerləşmə obyektlərinin yüklənməsi bu günə qədər 20-30 faiz arasında dəyişir. Ölkə hökuməti bu mövsüm 20-22 milyon insanın tətilini Rusiya daxilində keçirəcəyini gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi