Rusiyada təhlükəli virus yayılıb - Böyrəkləri məhv edir
Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub. Artıq xəstəlikdən bir nəfərin ölüm faktı qeydə alınıb.
Bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.
Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir. Xəstəliyin inkubasiya dövrü 7-10 gündür.Yoluxan şəxslər yüksək temperatur, baş ağrısı,ümumi zəiflik, əzələ ağrıları, iştahsızlıq, ürək bulanması, öskürək, burun tutulması, gözlərin zəifləməsi kimi əlamətlərdən əziyyət çəkirlər.
Daha sonra bel və qarında ağrılar başlayır, dəridə səpkilər yaranır. Böyrəklərin funksiyası pozulur, xəstə susuzluqdan əziyyət çəkir. Burunda, sidik və nəcisdə qanaxmalar yaranır.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək