Rusiyada “S-400” istehsal edən zavod sahibi həbs olundu
Rusiyanın Nijnıy Novqorod şəhərində “VIP-Stroyinjinirinq” şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, o, “Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi” zavodunun tikintisi zamanı geniş miqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada “S-400” və “S-500″ hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.
S. Deqtyarev 8 sentyabra qədər penitensiar müəssisəsində saxlanılacaq.
Qeyd olunur ki, VIP-Stroyinjinirinq” 2013-cü ilin oktyabrında “Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi” zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.
Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə “S-400” zenir-raket sistemləri, “Nebo-M” və “Niobiy” radar komplekslərini istehsal edib.
Bundan öncə Deqtyarev 2015-ci ildə Şərqi Kosmodromun tikintisi zamanı 1,3 milyard rubl dəyərində vəsaiti mənimsədiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra, məhkəmə sahibkarın hərəkətlərini biznesdə saxtakarlıq kimi qiymətləndirib və həbs cəzasını yarıya endirib. O, 2019-cu ilin aprelində azadlığa çıxıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək