Rusiyada meşə yanğınlarının sahəsi üç milyon hektara çatıb
“Uzun müddətdir davam edən quru hava şəraiti Sibirdə meşə yanğınlarının sahəsinin artmasına səbəb olub”.
APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Sergey Abanin deyib.
O bildirib ki, bundan əlavə, yanğınların söndürülməsi üçün aktiv tədbirlərin görülməməsi də meşə yanğınlarının sahəsinin artmasına gətirib çıxarıb.
Rusiyanın Baş Naziri Dmitri Medvedev Baş Prokurorluğa və İstintaq Komitəsinə Sibirdəki meşələrin qəsdən yandırılması ilə bağlı ehtimalların müəyyənləşdirilməsi üçün istintaq tədbirlərinin başladılması, habelə yanğın baş verən ərazilərə yaxın yerləşən yaşayış məntəqələrində havadakı zərərli maddələrin tərkibinin və yerli sakinlərin sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması barədə göstəriş verib.
Prezident Vladimir Putin isə Sibir və Uzaq Şərqdə baş verən yanğınların söndürülməsinə ordu qüvvələrinin cəlb olunması ilə bağlı qərar qəbul edib.
31 iyul tarixinədək Rusiyada meşə yanğınlarının ümumi sahəsi üç milyon hektara çatıb. Beş bölgədə fövqəladə vəziyyət elan olunub. İrkutsk və Krasnoyarsk bölgəsində vəziyyətin daha ağır olduğu bildirilir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək