02.03.2020 - 11:55
Video 2 baxış

Rusiyada koronaviruslu xəstəni ümumi palataya yerləşdirib susmaq tələb etdilər - VİDEO

Rusiyalı həkimlər pasiyentlərdən koronavirus təsdiq olunmuş xəstə ilə bir palatada yatdıqları barədə susmalarını tələb edib.

Bu barədə “Baza” “Telegram” kanalı həmin pasiyentlərdən biri olan Aslan Subhankulova istinadla xəbər yayıb.

Onun sözlərinə görə, İtaliyadan qayıdan David Berov koronavirus şübhəsi ilə onların palatasına yerləşdirilib. Diaqnoz təsdiqlənəndən sonra o, ayrıca şöbəyə köçürülüb.

Subhankulov bildirib ki, həkimlər tibb işçilərinin səhvi barədə məlumat yayılmaması üçün palatada yatanlardan imza tələb ediblər.

“Həkimlər tələb edirlər ki, biz ayrı bokslarda yatdığımızı deyək”, – deyə Subhankulov bildirib.

Ümumilikdə palatada yeddi nəfər olub. Berovun palata yoldaşlarından yenidən qan analizləri götürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: