Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunur
Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq.
“Qafqazinfo” xəbər verir ki, Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minir.
Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur.
Bundan əlavə, tibb müəssisələrində və kinoteatrlarda da yanğın təhlükəsizliyi qaydalarına əlavələr edilib. İndi kinoteatrlarda film başlamazdan əvvəl tamaşaçılara yanğın zamanı davranış qaydaları barədə məlumat veriləcək, tibb müəssisələrində isə uşaq və ağır xəstələr birinci mərtəbələrdəki palatalarda yerləşdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək