Rusiyada döyüş sursatları hazırlanan zavodda güclü partlayış: yaralı sayı 79-a çatdı
Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 79-a çatıb.
Bu barədə gazeta.ru saytı məlumat yayıb.
Bildirilir ki, hazırda xəstəxanalarda 15 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağır, digərlərininki orta-ağırdır.
18:23
Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 38-ə çatıb.
Bu barədə TASS agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Qeyd edilib ki, yaralılardan 25-nin vəziyyəti orta-ağırdır. Yaralılar arasında zavod işçilərindən başqa, yerli sakinlər də var.
Yaralıların sayının artacağı ehtimal edilir.
14:38
Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində güclü partlayış olub.
RİA Novosti xəbər verir ki, hadisə şəhərin qərb hissəsində, “Kristall” zavodunun trotil istehsalı sexində baş verib.
Partlayış zamanı 19 nəfər xəsarət alıb. Nijeqorod hakimiyyəti nümayəndəsinin sözlərinə görə, yaralananların xəsarətləri yüngün və orta ağırdır. Bütün yaralılara tibbi yardım göstərilib
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Partlayışın miqyası və səbəbi dəqiqləşdirilir.
Qeyd edək ki, trotil döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddədir.(virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
