Rusiyada bir gündə koronavirusa 8 952 yoluxma qeydə alındı
Rusiyada COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, son sutkada koronavirusa 8 950-dən çox yoluxma qeydə alınıb.
“Rusiyada son gün ərzində COVID-19 infeksiyasına təsdiq edilmiş yoluxma halları 8 952-dir və 83 regionda kliniki təzahürü olmadan 3 747 (41,9%) yoluxma aşkarlanıb”, – xəbərdə deyilir.
Əlavə edilir ki, ölkənin 83 regionunda ümumilikdə 396 575 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Adnan Oktarın qaçdığı gizli tunel ortaya çıxdı - FOTOLAR
Maduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildirib
Ərdoğandan Yunanıstana ÇAĞIRIŞ
Gürcüstanda şaxtada qəza: Ölənlər var
Avropanın ən inovativ 10 ölkəsi
Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar
Azərbaycanlı tələbə Türkiyədə silinməyən yol boyası yaratdı - FOTO