26.09.2026 - 15:04
Rusiyada balet rəqqası hərbi xidmətə çağırılır
Dünya 3 baxış

Rusiyada balet rəqqası hərbi xidmətə çağırılır

Rusiyada maraqlı bir məhkəmə işi gündəmə gəlib. İncəsənət sahəsində fəaliyyət göstərən balet rəqqası, hərbi xidmətə çağırışdan azad olmaq üçün müraciət edib.

Minval.info xəbər verir ki, Moskvada yaşayan balet rəqqası Yevgeni Q., hərbi xidmətini rəqslə əvəz etmək üçün Tver Rayon Hərbi Komissarlığına müraciət edib. O, 11 illik incəsənət təcrübəsini və xoreoqrafiya məktəbini yeni bitirdiyini əsas gətirərək, alternativ xidmət istəyib.

Lakin hərbi komissarlıq bu müraciəti rədd edib və Yevgeni məhkəməyə müraciət edib. O, öz sahəsində daha faydalı ola biləcəyini və incəsənətin əsgərlərin əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayıb.

Buna baxmayaraq, məhkəmə Yevgeninin iddiasını rədd edib və apelyasiya məhkəməsi də onun alternativ xidmət üçün əsasının olmadığını bildirib. Artıq o, orduya çağırılacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: