Rusiyada 2 uşaq Əbədi məşəl abidəsinə od vurub qaçdı – Video
Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində iki uşaq Əbədi məşəl abidəsinin gül çələnglərini yandırıb.
“Qafqazinfo” xəbər verir ki, insident iyunun 11-də axşam saatlarında baş verib.
Belə ki, iki uşaq Böyük Vətən müharibəsindəki tarixi qələbə şərəfinə ucaldılmış memorialın yaxınlığında oynayırdı. Uşaqlar gül çələngindən bir budaqı götürüb yandırıb, daha sonra isə həmin yanan budaqı digərlərinin üstünə atıb qaçıb. Güllərin alışması nəticəsində yanğın başlayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa vaxt ərzində söndürüb. Hüquq mühafizə orqanları işçilərinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Məlumata görə, hər iki uşağın valideynlərinə qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati iş açılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək