Rusiya və Avropa dollardan imtina edir
Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrup yaradacaq.
Bu haqda Rusiyanın baş nazirinin müavini Anton Siluanovun mətbuat katibi Andrey Lavrov məlumat verib.
“RİA Novosti”nin məlumatına görə, Siluanov və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç arasında keçirilən görüşdə ikitərəfli ticarət, o cümlədən enerjidaşıyıcılarının alqı-satqısı ilə bağlı hesablaşmaların dollarda yox milli valyutalar – rubl və avroda aparılması müzakirəyə çıxarılıb.
Siluanov bildirib ki, Moskva bu növ əməkdaşlığın baş tutmasında maraqlıdır. Onun sözlərinə görə beynəlxalq şirkətlərin milli layihələrdə iştirakı üçün hər hansı maneə yoxdur.
Görüşdə Rusiya baş nazirinin birinci müavini həmçinin Avropa komissiyası vitse-prezidentini Rusiyada investisiya abu-havasının yaxşılaşdırılması və ticarətin liberallaşdırılması istiqamətində atılan addımlarla bağlı məlumatlandırıb.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər