Rusiya şirkəti: Qroznı-Bakı kəmərinin təmiri neft nəqlinə təsir etməyəcək
Qroznı – Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki hissəsində aparılacaq yenidənqurma işləri 2020-ci ilin ikinci yarısında başa çatacaq.
Bu barədə “Report”a Rusiyanın “Chernomortransneft” şirkətindən neft kəmərinin yenidən qurulması üçün müvafiq dövlət ekoloji ekspertizasının müsbət rəyi verildiyini, tikinti-quraşdırma işlərinə bu ilin noyabr ayından başlamaq nəzərdə tutulduğunu bildirilib.
Həmçinin layihə çərçivəsində görüləcək işlərin neft kəmərinin normal fəaliyyətinə təsir göstərməyəcəyinin qeyd olunduğu məlumata görə yenidənqurma işləri çərçivəsində kəmərin nəqletmə gücünün artırılmayacağı vurğulanıb.
Qeyd edək ki, Qroznı-Bakı magistral neft kəməri ilə bağlı sözügedən layihə Dağıstandakı “Andreyaul” respublika əhəmiyyətli ərazilərdə ekoloji riskləri minimuma endirmək məqsədi ilə yasaq olan yerlərə düşən kəmərin 1684,5 metr hissəsi əvəzlənərək uzunluğu 1787,5 metr olan yeni kəmər döşənməlidir.
Rusiyanın “Transneft” dövlət şirkətinin törəmə müəssisəsi olan “Chernomortransneft” şirkəti Şimali Qafqaz regionuna aid üç inzibati bölgə və üç respublika ərazisində fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü