Rusiya ilə müharibəyə görə NATO-un ilk qurbanlarının adları açıqlanıb
Estoniya, Latviya, Litva və Polşa NATO-ya üzv ölkələri arasında Rusiyanın Hərbi Dəniz Donanmasının (HDD) ilk hədəflərindən ola bilər.
Bu barədə ABŞ hərbi eksperti Tomas-Darell Yanq “Naval War College Review”də yazır.
Mütəxəssi əmindir ki, Baltika dənizində fəaliyyət göstərən bütün hərbi dəniz qüvvələri ciddi fiziki problemlərlə üzləşir. Ekspert dənizin dərinliyinin az olması, burada 2 500-dən çox müxtəlif gəmilərin mövcudluğu, eləcə də, İkinci Dünya Müharibəsindən sonra qalan və indiyə qədər hələ də tapılmayan 40-50 min dəniz minası barədə danışıb. Yanq hesab edir ki, bu cür şərait qayıq əleyhinə tədbirlərin aparılması üçün mürəkkəb hidroakustik mühit yaradır.
Mütəxəssisin fikrincə, hazırda donanma inkişafının ən yaxşı perspektivləri Polşadadır, ən pis – Estoniyada. Yaranmış vəziyyətdən çıxış yolunu isə ekspert NATO-ya üzv olan üç baltikyanı dövlətin hərbi dəniz imkanlarının birləşməsində görür.
Avqustda hərbi ekspert Pavel Luzin bildirmişdi ki, Rusiya sənayesinin cari vəziyyəti və strateji nüvə qüvvələrinin və quru qoşunların prioritetli maliyyələşməsi 2027-ci ilədək ölkənin HDD imkanlarını kəmiyyət və keyfiyyət baxımından artırmağa imkan vermir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
Ərzaq qiymətləri rekord həddə çatdı!
Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı
Dollar sabit, avro və rubl bahalaşır