Rusiya haqda bəyanat bomba effekti yaratdı - Karasin
Gürcüstan prezidenti Salome Zurabişvilinin Rusiya ilə bağlı bəyanatı partlayan bomba effekti yaratdı.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Cenevrə görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, dövlət başçısı bu cür bəyanatlara yer verməməlidir:
“Biz deyirdik ki, Tiflisdəki nümayişlərdə səsləndirilmiş məsuliyyətsiz bəyanatlar əhval-ruhiyyəyə təsir edir. Məsələn, Zurabişvilinin bəyanatı partlayan bomba effekti yaratdı. Üstəlik, nümayişçilərin də çıxışları oldu. Mən bu partlayışın təsir etdiyi adamlardan biri idim. İkitərəfli münasibətlərdə dövlət başçısı belə bəyanatlara yer verməməlidir. Biz gərək bu məsələyə ehtiyatla yanaşaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək