Rusiya FTX-nin iki əməkdaşı həbs olunub
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşı sahibkarın maliyyə vəsaitini mənimsəməkdə iştirakda şübhəli bilinərək həbs olunublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib.
Bildirilib ki, FTX əməkdaşları ilə bağlı sənədlər hərbi istintaq orqanlarına təhvil verilib. Onlar barəsində həbs qətimkan tədbiri seşilb.
Qeyd edək ki, cari ilin aprelində Rusiya Federal Təhlükəsizlik Xidmətinin bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulublar. Kirill Çerkalin 850 min dollar məbləğində rüşvət almaqda təqsirli bilinir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək