16.06.2018 - 01:53
Video 3 baxış

Roza Zərgərli Hüseyn Əzizoğlunu maşından əlini çəkməyə belə məcbur edib - VİDEO

Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar…

Nəhayət, qalmaqallarla yadda qalan “Maşın” şou Xanımlar və Cənablar 2″-in qalibi bəlli oldu.

Minval.info xəbər verir ki, müğənni Roza Zərgərli olub. Ancaq final gecəsi təqdim edilən görüntülərdən aydın olur ki, Roza Zərgərli Hüseynə meyvə atıb, ona təzyiqlər edib və viner də bunlara dözməyərək maşından əlini çəkib.

“Maşın” şounun qaydaları ilə yaxından tanış deyilik. Amma finalçıların bir-birinə fiziki təzyiq etməsi nə qədər doğrudur? Əgər belə qayda varsa “Maşın” şou “kim-kimi daha çox vurdu” yarışmasına bənzəyər.

Minval.İnfo

https://youtu.be/NeY_ad1IpvE

https://youtu.be/WjEwLjtYvls

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: