Ronaldonun təyyarəsində vanna otaqları da var - FOTOLAR
Kriştianu Ronaldu özünə “Gulfstream G200” markalı şəxsi təyyarəni 2015-ci ilin sonunda alıb.
“Israel Aircraft Industries” konsernindən olan uçaq superulduza 19 milyon avroya başa gəlib. Düzdü, bu heç o vaxt da son model “hava gəmisi” sayılmırdı. “Gulfstream G200”ün 1999-cu ildən istehsal edildiyini nəzərə alsaq, yetər.
Ancaq bütün hallarda, “Yuventus”un və Portuqaliya millisinin forvardının təyyarəsinin özəllikləri haqda danışmağa dəyər.
Bahalı ağaclardan hazırlanmış materiallar və açıq rəngli dəri ilə zövqlə işlənmiş salon göz oxşayır. Təyyarənin salonunda mətbəx, mikrodalğalı soba, şkaf, telefon, faks, yüksək sürətli internetlə yanaşı, ekipaj üzvləri üçün vanna otaqları da var. Müxtəlif əyləncə sistemləri də öz yerində… Səyahətlər zamanı Kriştianu oğlu ilə stolüstü basketbol oynamağı çox sevir.
“Gulfstream G200” 900 km/s sürət yığa bilir. Maksimum sərnişin tutumu 10 nəfər olan nəqliyyat vasitəsi eniş etmədən 6300 kilometrlik məsafəyə uçur. Ronaldu “Real”da oynayan zaman şərəfini qoruduğu millinin düşərgəsinə adətən öz təyyarəsi ilə gedir, yığmadakı komanda yoldaşlarını da özüylə götürürdü. Məsələn, Pepeni…
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Bu modeldən dünyada cəmi 250 dənədi. Ronaldunun uçağını isə başqalarından özünəməxsus xarici görünüşü fərləndirir. Təbii ki, ilk növbədə CR7 yazısı…
Fanat.Az superulduzun təyyarəsinin fotolarını təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"




