Ronaldonun məhkəmə çəkişməsi yekunlaşdı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo Almaniyanın “Der Spiegel” nəşrinə məhkəmədə uduzub.
“Report”un məlumatına görə, məhkəmə iddiası jurnalın portuqaliyalı hücumçunun vergi ödəməkdən yayınma üsullarına dair bir sıra məqalələri ilə əlaqədar qaldırılıb. Ronaldo qəzeti şəxsi həyatına müdaxilədə ittiham edərək məhkəməyə verib.
2017-ci ilin fevral ayında Hamburq vilayət məhkəməsi “Der Spiegel”ə 34 yaşlı forvardın fırıldaqları barədə məqalələri öz saytından müvəqqəti çıxarmasına dair hökm verib. Lakin İspaniya məhkəməsi futbolçunu ölkənin vergi qanunvericiliyini pozmaqda günahkar bildikdən sonra onun vəkilləri Almaniya nəşrinə qarşı iddianı geri götürmək məcburiyyətində qalıblar. Onlar işi uduzacaqlarını anlayaraq, bu addımı atıblar.
Qeyd edək ki, yanvarın 22-də Madrid məhkəməsi Kriştianu Ronaldonu vergi ödəmədiyi üçün 18,8 milyon avro məbləğində cərimələyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı