"Ronaldonun "Ballon D'or" qazanması məntiqsiz olar" - Kasilyas
İker Kasilyas “Ballon D’or” mükafatı barədə sərt fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, hazırda Portuqaliyanın “Portu” klubunda çıxış edən qolkiper “Real Madrid”də komanda yoldaşı olmuş, hazırda İtaliya “Yuventus”unda forma geyinən Kriştianu Ronaldonun bu il sözügedən mükafatı almayacağına ümid edir. O, “tvitter” hesabında bu barədə paylaşım edib:
“Vircil van Deyk UEFA tərəfindən, Messi isə FİFA tərəfindən ən yaxşı futbolçu seçilib. Kriştiano Ronaldo “Ballon Do’r” mükafatını qazansa, futbolda ən böyük fərdi mükafatları kimin qazandığını təyin etmək üçün istifadə etdiyimiz qaydaların məntiqli olmadığını düşünəcəyəm”.
UEFA “İlin futbolçusu”nu 53 idman jurnalistinin seçimi ilə müəyyənləşdirir. Hər jurnalist 3 futbolçu seçə bilər, birinci seçilənə 5, ikinci seçilənə 3, üçüncü seçilənə 1 xal hesablanır.
FİFA isə “The Best”in seçimini milli komandaların kapitanları və baş məşqçilərinin səsverməsi ilə həyata keçirir. Azarkeşlərin online səsverməsi ilə final nəticələrinin 50 faizi müəyyənləşir.
Bu iki mükafatın verilməsində bütün mövsüm boyunca çıxış əsas götürülür. “Ballon d’Or” isə bir təqvim ilini, yoldaşlıq görüşləri daxil olmaqla, əhatə edir. Mükafatın sahibi 193 idman jurnalistinin seçiminə əsasən müəyyənləşir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı