Ronaldo “Yuventus”un oyunçularını şam yeməyinə dəvət edib, onlardan üzr istədi
“Yuventus”un portuqaliyalı ulduzu Kristianu Ronaldo A Seriyasında “Milan”la matçda yaşananlara görə üzrxahlıq etmək üçün öz komanda yoldaşlarını şam yeməyinə dəvət edib.
“La Repubblica”nın məlumatına görə, o, “Atlanta” ilə oyun öncəsi komanda yoldaşlarından şəxsən üzr istəmək qərarına gəlib.
Xatırladaq ki, İtaliya çempionatının 12-ci turunda “Milan”la qarşılaşmada əvəzlənən Ronaldo buna etiraz olaraq oyun bitməmiş dərhal stadionu tərk edərək soyunub-geyinmə otağına yollanmışdı. İtaliyada onun bu hərəkəti mütəxəssislər tərəfindən xoş qarşılanmayıb.
Bundan sonra komanda yoldaşları Ronaldodan üzr istəməsini tələb ediblər.
Qeyd edək ki, həmin matçda Ronaldonu əvəzləyən Dibala qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı