Ronaldo stadionu bəyənmədi: "Kartof sahəsinə bənzəyirdi"
“Avropa çempionatına vəsiqə qazandıq. Bu, çox vacib idi. Millli komandada çıxış etmək mənim üçün böyük şərəfdir. Xüsusilə də qol vuranda”.
Bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin seçmə mərhələsində səfərdə Lüksemburqa qalib gəldikləri oyundan (2:0) sonra deyib.
34 yaşlı hücumçu “Jozi Bartel” stadionunun ot örtüyünün bərbad olduğunu bildirib: “Belə bir qazonda oynamaq çətindir. Gördüyünüz kimi, meydança daha çox kartof sahəsinə bənzəyirdi. Səviyyəlli komandaların belə bir meydançada necə oynadığını bilmirəm. Çox pis! Əsas odur ki, biz işimizi gördük. Əsas məqsədimiz qələbə idi”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” da ev oyunlarını “Jozi Bartel” stadionunda keçirir. Ağdam klubu 2-ci turda bu arenada rəqibini 4:1 hesabı ilə udub.(qol.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı