04.10.2026 - 18:01
Azərbaycan millisinin Litva ilə matçında hesab açıldı
İdman 2 baxış

Azərbaycan millisinin Litva ilə matçında hesab açıldı

UEFA Millətlər Liqasında Azərbaycan milli komandası Litva ilə qarşılaşmada hesabı açıb. Matçın ilk qolunu Abdulla Xaybulayev vuraraq komandamızı önə çıxarıb – 1:0.

Minval.info xəbər verir ki, bu maraqlı qarşılaşma 8-ci km stadionunda keçirilib və D liqasının 2-ci qrupuna aid oyun olub. Görüşün idarəçiliyini portuqaliyalı FIFA hakimi Qustavo Korreyra həyata keçirib.

Hazırda qrupdakı vəziyyətə nəzər yetirsək, milli komandamız 2 xalla 2-ci yerdədir. Litva isə 4 xalla liderdir, Lixtenşteyn isə 1 xalla son sırada qərarlaşıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: