Ronaldo “Ayaks”la oyuna çıxacaqmı? - Açıqlama
Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo zədə problemini arxada qoyub.
ONA-nın məlumatına görə, bərpa prosesini başa vuran 34 yaşlı hücumçu artıq meydana çıxmağa hazırdır.
Portuqaliyalı Çempionlar Liqasının 1/4 final mərhələsinin Hollandiya “Ayaks”ı ilə gələn həftə keçiriləcək matçında iştirak edə bilər. K.Ronaldo yaxşı formadadır və bərpa dövrü qrafiklə nəzərdə tutulduğundan daha sürətli keçib.
Hücumçunun A seriyasının aprelin 6-da baş tutacaq “Milan”la görüşündə meydana çıxacağı gözlənir. Lakin məşqçilər korpusunun XXXI turda futbolçuya istirahət verərək ayın 10-da Amsterdamda baş tutacaq avrokubok matçı qoruyacağı prozlaşdırılır.
Qeyd edək ki, K.Ronaldo AVRO-2020-nin seçmə mərhələsinin martın 25-də keçirilən Serbiya ilə oyununda (1:1) xəsarət aldığı üçün əvəzlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Neftçi” 3 futbolçu ilə yollarını ayırdı
Çeslav Mixneviç: "Emreli "Spartak"ın müdafiəçilərini asanlıqla keçə bilər"
“Çelsi”nin transfer qadağası ləğv edildi
Üç güləşçimiz Avropa Çempionatının finalında
Futbolçunun atası oğlunun oyununda öldü
Mahir Emreliyə Türkiyə Super Liqasından rəsmi təklif
“Arsenal”ın futbolçuları qumarxanada yaxalandı - FOTO