Robert Koçaryan Nikol Paşinyanı hədələyib
“Fikrimcə, hakimiyyətin məsələsi bütün hallarda küçələrdə, növbədənkənar seçkilərdə həll olunacaq”.
“Report” xəbər verir ki, bunu Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryan “Qolos Armeniya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu keyfiyyətdə idarəetmə ilə hakimiyyət uzun müddət tab gətirməyəcək və yenidən seçilmək perspektivi də yoxdur: “Seçicilər populist çıxışlardan boğaza qədər doyacaq və seçkidə daha diqqətli olacaqlar. Adətən populistləri daha təcrübəlilər əvəz edir”.
Qeyd edək ki, 2018-ci ilin may ayından Ermənistanı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət idarə edir. Sabiq prezident Robert Koçaryan isə 2008-ci il martın 1-də Yerevanda etiraz aksiyalarının güc tətbiqi ilə dağıdılmasına görə ittiham olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək