"Ərim yoxdursa yaşamaq istəmirəm" - Hər kəs bu intihardan danışır
Kişinin pul həvəsi onun ailəsinin məhv olması ilə nəticələnib.
Minval.info Milli.Az-a istinadla xəbər verir ki, Çində qadın özünü və iki uşağını öldürüb.
Qadın ərinin qəzada öldüyünü düşünərək özünün və övladlarının canına qəsd edib. Belə ki, ər sığorta şirkətindən pul almaq üçün öz ölümünü səhnələşdirib və planı barədə xanımına xəbər verməyib.
34 yaşlı, adı mətbuatda sadəcə He olaraq çəkilən şəxs kirayələdiyi avtomobili ilə qəza törətdikdən sonra yoxa çıxıb. O, sığorta şirkətindən 15 min dollar tələb etmək üçün özünü ölülüyə vurub.
3 həftə ərindən xəbər almayan qadın onun öldüyünü düşünərək 3 və 4 yaşları olan uşaqlarını vannada boğub, sonra da özünü öldürüb. O, intihar məktubu yazaraq bildirib ki, əri olmayan dünyada yaşamaq istəmir. Qadın o biri dünyada bir olmaq ümidi ilə uşaqlarını da boğub.
İntihardan sonra He ortaya çıxıb və ölüm xəbərini saxtalaşdırdığını etiraf edərək polisə təslim olub. O, bildirib ki, məqsədi sadəcə sığorta şirkətindən 100,000 yuan almaq idi.
Dəhşətli hadisə hazırda Çində ən çox müzakirə olunan məsələyə çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada 40-dan çox avtomobilin iştirakı ilə qəza oldu
Morq işçisi aktrisanın cəsədini zorladı
Rusiya Ermənistana satdığı qazın qiymətini artırdı
“Taliban” Pəncşirdə daha 20 mülki şəxsi öldürüb
Tələbə "Facebook"da yeni funksiya aşkar etdi - FOTO
Tarixin ən ağır həbs cəzaları - Buna insan ömrü çatmaz