"Real Madrid" Zidanın qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib - VİDEO
İspaniyanın “Real Madrid” komandası Zinəddin Zidanın baş məşqçi postuna qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib.
“Report”un məlumatına görə, “kral klubu” La Liqanın XXX turunda səfərdə “Valensiya”ya uduzub – 1:2.
“Mestalya” stadionunda keçirilmiş qarşılaşmada hesabı 35-ci dəqiqədə Qonsalu Quedeş açıb. 83-cü dəqiqədə Esekyel Qaray fərqi artırıb. Qonaqların təsəlli qoluna isə 90+3-cü dəqiqədə Kərim Benzema imza atıb.
Bu qələbədən sonra xallarını 46-a çatdıran “Valensiya” 5-ci pilləyə yüksəlib. 57 xala malik “Real Madrid” isə 3-cü pillədə qalıb. Turnir cədvəlinə 70 xalla “Barselona” başçılıq edir. 62 xalı olan “Atletiko” isə 2-ci yerdə gedir.
https://youtu.be/3tiFyt3i3xI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı