Ərdoğanın tətillə bağlı tənqidinə İmamoğludan cavab - Video
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu tətilə çıxdığı üçün onu tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, prezidentin açıqlamasından təəccübləndiyini bildirib:
“25 ildir idarə etdikləri İstanbulda dəfələrlə bir çox ölümcül sellər oldu, onlarla insan həlak oldu. Durub bu qədər ili bir günə, 40 günlük müddət ərzində mənə yükləmələri və bunu tətilə bağlayaraq vətəndaşa şikayət etmələri çox üzücü və təəccüblüdür. Tətillə bağlı atmacalar təəssüf ki, bitmir. Buna cənab Prezidentin dəstək çıxması da çox maraqlıdır. 25 ildir İstanbulu idarə etdikləri bələdiyyə sədrliyi, Baş Nazirliyi, prezidentlik dövrüləri var. Mən hadisə baş verəndə dərhal orada olmuşam”.
Qeyd edək ki, Ərdoğan açıqlamasında İmamoğlunu nəzərdə tutaraq “İstanbulu sel basdı, bəyəfəndi tətildə” demişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək