Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
İngiltərə baş naziri Boris Conson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Suriya ilə bağlı açıqlamaları gərəksizdir, konyukturaya hesablanıb.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Sergey Jeleznyak deyib.
O bildirib ki, bu açıqlama ilə İngiltərə Rusiyaya təzyiq etmək, Ərdoğan isə kürd qruplaşmalarına qarşı Qərbin dəstəyini almaq istəyir:
“Burada hər iki tərəf öz məqsədini güdür. İstənilən provokasiya vəziyyəti müharibəyə gətirə bilər. Mövcud durumda müzakirə prosesinə köklənmək, BMT qərarları ilə, Astana və Soçidə qəbul edilən müddəalar üzrə hərəkət etmək lazımdır”.
Qeyd edək ki, Ərdoğanla Conson arasında baş tutan telefon danışığında tərəflər Əsəd hökuməti ilə Rusiyanın beynəlxalq öhdəlikləri yerinə yetirməsinin vacibliyini diqqətə çatdırmışdılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək