19.07.2019 - 13:00
Dünya
1 baxış
Ərdoğanı təhqir edən müğənniyə həbs cəzası
Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib. Sənətçi prezidenti təhqir etmək maddəsi ilə günahlandırılır.
“Cumhuriyyet.com” xəbər verir ki, Z.Olcay məkanların birində səhnə alarkən ifası zamanı Rəcəb Tayyip Ərdoğanı təhqir edib.
İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.
Qeyd edək ki, cəza prosesi bir şikayətlə başlamışdı. Belə ki, polisə zəng edən bir nəfər 2016-cı il avqustun 5-də Kadıköydə məkanların birində sənətçinin ifası zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyini bildirmişdi.
Zuhal Olcay haqqında “prezidentə birbaşa təhqir” maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çinə səfər edən ermənilərin bu ölkəyə girişinə qadağa qoyuldu
08.02.2020 - 15:30
Özbəkistanda koronavirusa yoluxanların sayı dördə çatıb
16.03.2020 - 13:01
Qonşu ölkədə ABŞ-ın gizli laboratoriyaları var
21.09.2018 - 23:14
Rusiyada gündəlik yoluxma sayı 20 mini ötüb
19.09.2021 - 18:34
Hindistanda seldən ölənlərin sayı artdı
20.06.2022 - 10:37
Azərbaycanlı ailə yanğında öldü - VİDEO (TƏFƏRRÜAT)
13.02.2018 - 08:31
Qəhvənin daha bir faydası məlum oldu
12.09.2018 - 21:39
Yeni doğulmuş körpə kanalizasiya quyusunda sağ qaldı — FOTO
10.04.2018 - 18:25
